Cüdo üzrə DÇ: Hidayət Heydərov yarımfinalda

İDMAN 22 sen 2018, 14:37

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında üçüncü yarış gününə start verilib.

Oxu.Az xəbər verir ki, bu gün üç idmançımız mübarizəyə qoşulub.

57 kq çəki dərəcəsində yarışan qadın idmançımız İçinxorlu Munxtsedev1/32 finala təsadüf edən ilk görüşündəcə mübarizəni dayandırıb. Monqol legionerimiz almaniyalı Ameli Ştola ipponla uduzub.

73 kq-da dünya çempionluğuna namizədlərimiz Rüstəm Orucovla Hidayət Heydərov da mübarizəyə qoşulub. Dünya reytinqində II pillədə yer alan Rüstəm əvvəlcə misirli Məhəmməd Mohyeldini, sonra BƏƏ-ni təmsil edən moldovalı Viktor Skvortsovu ipponla məğlub edib, lakin 1/8 finalda monqolustanlı Soqtbaatar Send-Oçirə qızıl xal hesabında məğlub olaraq mübarizəni dayandırıb.

Dünya reytinqində IV sırada yer alan Hidayət isə ilk turda iraqlı Saccad Seheni, daha sonra Monteneqronu təmsil edən fransalı Sedrik Bessini ipponla məğlub edib. O, 1/8 finalda tacikistanlı Bəhruzi Xocazadəni qızıl xal hesabında məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

Hidayət 1/4 finalda digər Monqolustan təmsilçisi Odbayar Qanbaatarı vazari balı hesabına yenərək yarımfinala adlayıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top