Türkiyənin Sakarya bölgəsində partlayış baş verib.
"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, partlayış nəticəsində 3 əsgər şəhid olub, 6 nəfər isə yaralanıb. Partlayış məhv edilmək üçün nəzərdə tutulmuş fişənglərin yük maşınıyla daşınıb boşaldılması zaman baş verib.
Hadisə yerinə çox sayda təcili yardım və yanğınsöndürən maşın göndərilib.