“Bu gün Milli Məclisdə "COVİD-19" infeksiyası ilə bağlı testdən keçdim. Cavabı hələ açıqlanmayıb. Hər şey yaxşıdır, özümü gümrah hiss edirəm”.
Demokrat.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
T.Kərimli onun koronavirusa yoluxması ilə bağlı deyilənlərin həqiqətəuyğun olmadığını bildirib:
“Hərə bir söz deyir, yazır... Biz, sadəcə, testdən keçmişik. Bu da normal haldır. Testdən keçmək koronavirusa yoluxma anlamına gəlməməlidir. Qaydalara hər birimiz əməl etməliyik, özümüzü, yaxınlarımızı qorumalıyıq!”.