Parlamentin növbəti plenar iclasının gündəliyi açıqlandı

SOSİAL 02 iyun 2020, 21:54

Milli Məclisin iyunun 5-də keçiriləcək növbədənkənar sessiyanın növbəti plenar iclasının gündəliyi açıqlanıb.


Demokrat.az-ın məlumatına görə, iclasın gündəliyinə 4 məsələ daxil edilib.


Bunlar aşağıdakılardır:


- Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında;


- Azərbaycan Resupblikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə (birinci oxunuş);


- "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi;


- "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi" haqqında qanun layihəsi (birinci oxunuş).

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top