Azər Talıbov nazir müavini vəzifəsindən azad edildi

DÜNYA 20 may 2020, 14:19

Rusiyanın Baş naziri Mixail Mişustun Azər Talıbovu İqtisadi İnkişaf nazirinin müavini vəzifəsindən azad edib.


Demokrat.az xəbər verir ki, baş nazirin əmrində A. Talıbovun öz ərizəsi əsasında vəzifəsindən azad olunduğu bildirilir.


Azər Mütəllim oğlu Talıbov 2017-ci ilin yanvarında bu vəzifəyə təyin olunmuşdu.


Bundan əvvəl o, Rusiya Bankı sədrinin katibliyinin və Rusiya Prezidenti köməkçisinin Aparatının rəhbəri olub.


2008-2012-ci illərdə İqtisadi İnkişaf nazirinin köməkçisi işləyib. 2002-ci ildən isə sözügedən nazirlikdə müxtəlif vəzifələrdə çalışıb.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 apr 2024, 11:50
Top