İdman

Çempionlar Liqasında yarımfinal: “Bavariya” - “Real” dueli

Çempionlar Liqasında yarımfinal: “Bavariya” - “Real” dueli

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk görüşlərinə start veriləcək.

Demokrat.az xəbər verir ki, birinci oyunda “Bavariya” və “Real” kollektivləri üz-üzə gələcək.

Hər iki komanda 1/4 finalda İngiltərə klubunu mübarizədən kənarlaşdırıb. Almanlar “Arsenal”a qalib gəlibsə, “kral klubu” “Mançester Siti”dən güclü olub.

“Allianz Arena”da keçiriləcək matç saat 23:00-da başlayacaq.

UEFA Çempionlar Liqası Yarımfinal, ilk oyun 30 aprel

23:00. “Bavariya” (Almaniya) - “Real” (İspaniya) Baş hakim: Klement Turpin (Fransa). Münhen, “Allianz Arena” stadionu.

Qeyd edək ki, mayın 1-də yarımfinal mərhələsinin digər oyununda “Borussiya” Dortmundda PSJ-ni qəbul edəcək.

D
demokrat.az