Azərbaycanda iri ticarət mərkəzləri bu tarixdə açıla bilər — RƏSMİ

SOSİAL 09 may 2020, 18:55

“Hazırda böyük ticarət mərkəzlərinin açılması müzakirə edilir. Onların bu ayın sonuna qədər açılması gözlənilmir”.


Demokrat.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.


O qeyd edib ki, bu barədə statistik göstəricilərin təhlili aparıldıqdan sonra qərar verəcək:


“Gələcək günlərdə ticarət mərkəzlərinin açılması mümkündür”.


“Mərkəzlərin içərisində yoluxma riskini artıran sahələrə məhdudiyyət qoyula bilər. Məsələn, uşaq əyləncə mərkəzləri və qida bölmələrinin fəaliyyətinə məhdudiyyət qoyulması müknüdür”, - deyə qeyd edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 may 2025, 00:03
Top