Kim Çen Inın əlində müəmmalı iz tapıldı — FOTO

DÜNYA 03 may 2020, 09:32

Koreya Demokratik Respublikasının lideri Kim Çen In 20 gündən sonra ictimaiyyət qarşısına çıxanda onun əlində müəmmalı iz aşkar edilib.


Bu barədə “The Mirror” yazır.


ABŞ-da tibb sahəsinin mütəxəssisləri hesab edirlər ki, dövlət başçısının əlindəki iz ürək-damar xəstəlikləri zamanı aparılan prosedurlardan xəbər verə bilər. Ola bilsin ki, KXDR-nın liderinin sağ mil arteriyasına punksiya yeridilib.

 


Qeyd edək ki, Kim Çen In aprelin 11-dən ictimaiyyət qarşısına çıxmamışdı. O, aprelin 15-də babası, KXDR-nın əsasını qoyan Kim İr Senin doğum günündə iştirak etmədiyi üçün siyasətçinin ölməyi və ya xəstələnməyi ilə bağlı şayiələr yayılmağa başlamışdı.

 

Lakin mayın 2-də Şimali Koreyanın liderinin Sunçhondakı gübrə zavodunun açılış mərasimində iştirak etdiyi kadrlar yayılmağa başladı. Şayiələrə baxmayaraq, şəkillərdə Kim Çen In sağlam görünür. (Oxu.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 13:38
Top