Milli Məclisin dörd şöbəsi birləşdirilib.
Demokrat.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin sədri Sahibə Qafarova sərəncam imzalayıb.
Sərəncamla Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi ilə İnzibati və hərbi qanunvericilik şöbəsi birləşdirilib.
Həmçinin, Sosial qanunvericilik və İqtisadi qanunvericilik şöbələri birləşdirilib.