Düşmən təxribatının qarşısı alındı — SON DƏQİQƏ!


HADİSƏ 30 mar 2020, 22:22

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təx­ribatları davam edir.


Dövlət Sərhəd Xidmətindən Demokrat.az-a verilən məlumata görə, bu gün saat 17:30-dan başlayaraq Qazax rayonunun Quşçu Ayrım kəndində yaşayış evləri və avtomobil yolu ilə hərəkət edən mülki nəqliyyat vasitələri ER-nın Noyemberyan rayonunun Boqanis və Voskevan kəndləri yaxınlığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfindən iri çaplı silahlardan intensiv atəşə tutulub.


Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.


Eyni zamanda bildiririk ki, Ermənistan kütləvi informasiya vasitələrinin sərhəd döyüş məntəqələrimiz tərəfindən atəşkəs rejimi­nin pozulması barədə məlumatları həqiqətə uyğun deyildir, bölmələ­rimiz tərəfindən Ermənistanın yaşayış məntəqələri istiqamətində atəş açılmamışdır.



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top