Bibiheybətdə yeni yol ilə hərəkət məhdudlaşdırılır — FOTO


SOSİAL 29 mar 2020, 19:33

Aparılan tikinti-bərpa işləri ilə əlaqədar olaraq, Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır.


Bu barədə Demokrat.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə istinadən xəbər verir.


Məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunacaq.


Məhdudlaşma ərazidə tikinti-bərpa işləri aparılan bir-neçə gün ərzində qüvvədə olacaq.


"Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edirik", - məlumatda deyilir.

 

Demokrat.az



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top