"Azərsu" 8600 əməkdaşını məzuniyyətə göndərdi

SOSİAL 29 mar 2020, 17:44

Bu gündən "Azərsu" Səhmdar Cəmiyyəti 13 600 əməkdaşdan 8 600-nü məzuniyyətə göndərir.

 

Bu barədə Demokrat.az-a qurumun mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.


Onun sözlərinə görə, məqsəd koronavirua təhlükəsinin qarşısının alınmasıdır:


"Nazirlər Kabineti yanında operativ qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq, əməkdaşlarımızın sağlamlığı üçün belə bir addım atmışıq. 5 minə yaxın əməkdaşımız növbəli rejimdə çalışacaq ki, bunlar qəza xidmətinin əməkdaşları, nasosstansiyasının maşinistləri, emal müəssisələrinin işçiləridir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top