Azərbaycanda nazirlik əməkdaşı həbs edildi — ÖZƏL

KRİMİNAL 18 mart 2020, 15:45

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Nicat Nifdalıyevin barəsində cinayət işi başlanıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə,  onun barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.


Cinayət işi baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib.


İş araşdırılması üçün hakim Ziya Şirinovun icraatına verilib.


Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.


Qeyd edək ki, cinayət işi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi zərərçəkmiş qismində tanınıb.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top