Özünü öldürən hərbçimiz bu rayondandır

KRİMİNAL 07 noyabr 2024, 08:49
Ötən günü intihar edən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Anar Hüseynovla bağlı yeni detallar məlum olub.

 Demokrat.az-ın məlumatına görə, özünü öldürən hərbçimiz Goranboy rayonunun Kələk kəndindəndir.

18 yaşlı hərbçinin ölümü ilə bağlı cinayət işi açılıb.

Müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 dekabr 2024, 23:42
Top