8 noyabr 2024-cü il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “8 Noyabr - Zəfər Günü” ilə əlaqədar ümumrayon tədbiri keçirildi. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı Sevindik Hətəmov, Millət vəkili Rafael Hüseynov şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbirdən öncə Heydər Əliyev Mərkəzinin qarşısında məktəblilərin əl işlərindən ibarət sərgi nümayiş etdirildi. Tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı Sevindik Hətəmov çıxış edərək qeyd etdi ki, 8 noyabr Müzəffər Ali Baş Komandan və qəhrəman Azərbaycan əsgərinin 30 illik həsrəti 44 gün müddətində bitirdiyi Azərbaycan tarixinin şanlı bir səhifəsidir. Bu qələbə Azərbaycan xalqının son iki əsrlik tarixində öz şücaəti, qanı və canı bahasına bahasına qazandığı zəfərimiz oldu. Qələbənin əldə olunması üçün minlərlə qəhrəman oğullarımız öz canlarını qurban verərək gələcək nəsillərimiz üçün şanlı bir qəhrəmanlıq dastanı yazdılar. Onlar öz ölümləri ilə ölməzliyə qovuşdular. Qovuşdular ki, Azərbaycan yaşasın. Azərbaycan yaşadıqca bu qəhrəmanlıq salnaməsi hər bir Azərbaycanlının qəlbində əbədi yaşayacaqdır.
Millət vəkili Rafael Hüseynov qeyd etdi ki, bəzi ermənipərəst qərb dövlətləri və beynəlxalq təşkilatların ikili standartlar prinsipi ilə yanaşaraq Qarabağ münaqişəsinin həllində mümkünsüz bir mənzərənin yaratması nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən 30 ilə yaxın bir dövrdə işğal altında saxlanılan doğma torpaqlarımız Müzəffər Ali Baş Komandanımızın hərbi-siyasi bacarığı, qəhrəman oğullarımızın şücaəti nəticəsində cəmi 44 gün ərzində işğaldan azad olundu. Düşmənin qısa müddətdə darmadağın edilərək ağ bayraq qaldırmağa məcbur edilməsi Azərbaycanın liderinin və onun xalqının ötən illər ərzində nəinki mövcud işğal vəziyyəti ilə barışmadığını, bu illər ərzində onun hər dəqiqə, hər saniyə doğma torpaqlarımızın düşmən tapdağından azad olunması barədə gərgin mübarizə apardığını, bu mübarizədə yalnız qələbə barədə düşündüyünü aydın şəkildə göstərir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, igid Azərbaycan oğullarının dillərə dastan olmuş qəhrəmanlığı sayəsində xalqımızın əldə etdiyi uğurlar, qazandığı möhtəşəm zəfər qüdrətli Azərbaycan dövlətinin revanşist qüvvələrə qarşı barışmaz olacağı ilə yanaşı, onun regionda, eləcə də beynəlxalq aləmdə layiqli mövqeyini bir daha nümayiş etdirir.
Tədbirdə Vətən müharibəsi iştirakçısı baş leytenant Zaur Muradov, Heydər Əliyev Mərkəzinin direktoru Aytən İmanova, 5 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Maisə Abasova “8 Noyabr - Zəfər Günü” ilə əlaqədar çıxışlar etdilər.