Əli Əsədov Türkmənistan Prezidenti ilə görüşdü
Bu gün Baş Nazir Əli Əsədov Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Demokrat.az-a daxil olan məlumata görə, hər iki tərəfdən hökumət üzvlərinin də iştirak etdiyi işçi nahar zamanı iki ölkə arasında iqtisadi əlaqələrin indiki vəziyyəti və perspektivləri haqda danışılıb.