La Liqanın növbəti turu çərçivəsində keçirilən "Barselona" - "Eybar" oyunu meydan sahiblərinin ulduzu Lionel Messi üçün əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, 5:0 hesabı ilə bitən oyunda argentinalı futbolçu poker edib, bir qolun isə ötürməsini verib. Bununla da Messi futbol tarixində qol+məhsuldar ötürmə sayında ümumilikdə 1000 qola çatıb. 32 yaşlı hücumçunun indiyə qədər bu mənada olan statistikasını sizə təqdim edirik:
"Barselona": 624 qol, 261 məhsuldar ötürmə
Argentina millisi: 70 qol, 45 məhsuldar ötürmə