Uzun müddətdirleykozla (qan xərçəngi)mübarizə aparan məşhur müğənniCansever59 yaşında həyatını itirib.
90-cı illərdə “Ağla Gözbebeğim”, “Sen de Gittin” və “Kime Bu İnat” kimi mahnıları ilə məşhurlaşan sənətçiyə ötən ilin dekabrında leykoz diaqnozu qoyulmuşdu. Almaniyada müalicə alan Canseverə26 mart 2026-cı ildə sümük iliyi transplantasiyasıhəyata keçirilmişdi.
Sənətçi son paylaşımında səhhəti ilə bağlı vəziyyətdən söz açaraq hərarətinin yüksəldiyini və təzyiqinin aşağı olduğunu bildirmişdi. O, müalicə səbəbilə danışa və yaza bilmədiyini, davamlı serum və antibiotik qəbul etdiyini qeyd etmişdi.
Əsl adıDzansever Dalipovaolan Cansever 8 iyul 1967-ci ildə Şimali Makedoniyanın Veles şəhərində anadan olub.
12 yaşında keçirdiyi qəza nəticəsində bir gözünü itirən sənətçi buna baxmayaraq musiqidən uzaqlaşmayıb. Peşəkar karyerasına 1992-ci ildə başlayan Cansever 1997-ci ildə“İbo Show”proqramında çıxış etdikdən sonra Türkiyədə geniş tanınıb.
Proqramda səsləndirdiyi“Kara Çadır”mahnısı ilə böyük rəğbət qazanan sənətçi “Cemalim”, “Kime Bu İnat” və “Yollar Hasta Ben Yorgunum” kimi əsərləri ilə də yadda qalıb. İllərlə xəstəliklə mübarizə apardı
Cansever 1994-cü ildəankilozan spondilitxəstəliyinə tutulub. Xəstəlik səbəbilə uzun illər ciddi fiziki problemlər yaşayan sənətçi təxminən 15 il əyilmiş vəziyyətdə yaşayıb.
2007-ci ildə müalicə üçün Almaniyaya köçən Cansever 2009-cu ildə keçirdiyi əməliyyatdan sonra bel əyriliyi problemindən böyük ölçüdə xilas olub və musiqi fəaliyyətini davam etdirib.
2025-ci ilin sonunda isə bu dəfə leykoz diaqnozu ilə üzləşən sənətçi uzun müddət müalicə alıb. Bütün sağlamlıq problemlərinə baxmayaraq musiqidən vaz keçməyən Cansever özünəməxsus ifa tərzi ilə Türkiyə musiqisində iz qoyub.
Leyla Demokrat.az

