Bakıda "Ford" yandı

HADİSƏ 03 avqust 2026, 16:57
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Demokrat.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Ford” markalı yük avtomobilində yanğın baş verdiyi məlum olub.

Yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.

Xəsarət alan olmayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

18 sentyabr 2026, 20:38
Top