İran ABŞ ilə mövcud gərginlik fonunda yeni diplomatik təşəbbüs irəli sürüb və bunu birbaşa deyil, Pakistan vasitəsilə Vaşinqtona çatdırıb. İran rəsmisinin sözlərinə görə, artıq qərar növbəsi ABŞ-yə çatıb — ya qarşıdurmanı davam etdirmək, ya da danışıqlar yolunu seçmək onların seçimidir.
“Top ABŞ-nin meydanındadır” ifadəsi ilə vurğulanır ki, təşəbbüs qarşı tərəfə ötürülüb və növbəti addımı indi ABŞ atmalıdır.
Bununla yanaşı, İran tərəfi ABŞ-yə tam etibar etmədiyini qeyd etsə də, diplomatik yanaşmadan geri çəkilməyəcəyini və bu istiqamətdə səmimi qalacağını bildirir.
Demokrat.az


