Ötən gün oğlunu ov tüfəngi ilə ilə qətlə yetirən 1951ci il təvəllüdlü Bayramov Yaşar Qəmbər oğlu keçirilən əməliyyat tədbirləri ilə Bakı şəhərində saxlanılıb.
Demokrat.az-ın verdiyi məlumata görə, 61 yaşlı şəxs Göygöl rayonuna gətirilərək istintaqa təhvil verilib.
Bildirək ki, Yaşar Bayramov övladı 1978-ci il təvəllüdlü Mahir Bayramovla bir müddət ev mübahisəsi olub.
M.Bayramovun evi yandırmasına əsəbləşən ata sonuncunu silahla iki dəfə atəş açaraq qətlə yetirib. (baku.ws)