Bakıda 58 yaşlı kişi arvadını döydü — TƏFƏRRÜAT

KRİMİNAL 17 may 2024, 14:53
Bakının Xətai rayonunda 1966-cı il təvəllüdlü Elşən ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Sevilə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 4-də baş verib. Elşən həyat yoldaşı Sevilin ona hər gün spirtli içki qəbul edərək evə sərxoş vəziyyətdə gəlməsini irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən əl zərbələri ilə onun baş və boyun nahiyələrinə vurub. 

Hadisəni törədən Elşənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, fevralın 4-də, saat 20 radələrində tanışları ilə yeyib-içdikdən sonra sərxoş vəziyyətdə yaşadığı evə  gəlib: “Evdə olan həyat yoldaşım Sevil mənim hər gün spirtli içki içməyim ilə bağlı irad bildirməsi səbəbindən aramızda mübahisə yarandı. Mübahisə əsanasında bərk əsəbləşərək Sevilin baş və boyun nahiyəsinə hər iki əlim ilə 4-5 dəfə zərbə vurmaqla onu döydüm. Mübahisə etdiyimiz vaxt evdə bizdən başqa heç kim yox idi. Daha sonra evi tərk edərək getdim”. 

Bu cinayət işinə Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin isə ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Elşənin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top