Koronavirusun yeni ştammı yayılır?

SOSİAL 30 sentyabr 2025, 18:21
"Yeni koronavirus ştammının sürətlə yayılması İngiltərədə müşahidə olunur və bu, Azərbaycana da gəlmə ehtimalını doğurur. Quru sərhədlərimiz bağlı olsa da, hava yolu ilə daxil olan insanların yoluxdurucu ola biləcəyi nəzərə alınmalıdır. Hazırda ölkəyə daxil olan insanların koronavirus testinə görə ciddi yoxlama nəzarəti yoxdur".

Bunu Demokrat.az-a açıqlamasında tibb eksperti Şahvələd Məmmədov deyib. 

O, bildirib ki, Azərbaycan regionunda ciddi koronavirus yayılma ehtimalı azdır: 

"Ölkədə ən çox yayılan ştamm isə “ancrom” ştammıdır. Bu ştamm adi insanlar üçün ciddi təhlükə yaratmasa da, xroniki xəstələr üçün çətinliklər törədə bilər".

Ekspert bildirib ki, yeni ştammın yayılmasının qarşısını almaq üçün digər virus infeksiyalarına qarşı tədbirlər də vacibdir:

"Xüsusilə payız aylarında qrip əleyhinə vaksinasiyalar 5 yaşa qədər uşaqlar, 65 yaşdan yuxarı şəxslər, xroniki xəstəliyi olanlar və hamilələr üçün tövsiyə olunur.
Bundan əlavə, viruslardan qorunmaq üçün ümumi gigiyena və qorunma tədbirləri, qapalı məkanda az qalmaq, maskadan istifadə etmək, əlləri tez-tez yumaq vacibdir. Belə tədbirlər həm koronavirus, həm də digər respirator infeksiyaların yayılmasının qarşısını almağa kömək edir".

Qeyd edək ki, İngiltərədə COVID-19-un yeni "Stratus" ştammı sürətlə yayılmağa başlayıb.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top