Əliyar Ağayevə Avropa Liqasına təyinat aldı

İDMAN 30 sentyabr 2025, 11:50
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Demokrat.az  AFFA-ya istinadən xəbər verir ki, Ə.Ağayev UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Brann” (Norveç) – "Utrext” (Niderland) matçının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Macarıstanlı Tomaş Baqnar VAR, Ferens Karako isə AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma oktyabrın 2-də Bergen şəhərindəki "Brann” stadionunda keçiriləcək.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 sentyabr 2025, 12:35
Top