Aşağı Güzdək qəsəbəsində anbarda güclü yanğın başlayıb — YENİLƏNİB

HADİSƏ 27 sentyabr 2025, 08:57
Aşağı Güzdək qəsəbəsində yanan anbardır.

Demokrat.az  bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadən xəbər verir.

Qeyd olunur ki, qurumun "112" qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

***
08:42

Bakı şəhəri, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində güclü yanğın başlayıb.

Demokrat.az  "Report"a istinadən xəbər verir ki, yanğın səbəbindən qatı tüstü ətrafa yayılır.

Yanğının başvermə yeri və səbəbi dəqiqləşdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 sentyabr 2025, 09:18
27 sentyabr 2025, 00:02
Top