BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində 23-25 sentyabr tarixləri aralığında Azərbaycanla 10 ölkə arasında bir sıra sənədlər imzalanıb.
Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) X hesabında BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsinin yekunlarına dair paylaşımında bildirilib.
Qeyd edilib ki, Maldivlə ümumvətəndaş; Anqola, Cibuti, Dominikan (həm də rəsmi) və Surinamla diplomatik və xidməti ; Bəhreynlə diplomatik və Qvineya-Bisau ilə diplomatik, xidməti və xüsusi pasporta malik vətəndaşların vizadan azad edilməsi üzrə sazişlər imzalanıb.
Əlavə olunub ki, siyasi məsləhətləşmələr üzrə Benin və Qambiya ilə Anlaşma Memorandumu, Ekvador ilə protokol imzalanıb.