Pulunu ödəyiblər, lakin mənzilləri təhvil verilmir — Vətəndaşlar "Şərq İnşaat"dan şikayətçidirlər (VİDEO)

SOSİAL 25 sentyabr 2025, 00:22

Bakıda yeni tikilən binadan mənzil alan bir qrup vətəndaş 5 ilə yaxındır ki, evlərinə köçə bilmirlər.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən "Şərq İnşaat" MMC-yə məxsus binadan ev alan sakinlər belə iddia edirlər.

"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən şikayətçilərin iddiasına görə, şirkət binanın mərtəbə sayını layihədə nəzərdə tutulandan çox inşa edib, bu səbəbdən də müvafiq qurumlar tikintini dayandırıb. Onlar şirkətə müraciət etsələr də, hər dəfə müxtəlif bəhanələrlə qarşılaşıblar.

O da məlum oldu ki, yeni tikilən binanın yerində əvvəllər 5 mərtəbəli bina olub. Bina sökülüb və sakinlərə yeni binadan ev veriləcəyi deyilib. Lakin tikinti yekunlaşmadığından həmin sakinlər illərdir kirayələrdə yaşayırlar.

İddialarla bağlı "Şərq İnşaat" MMC ilə əlaqə saxlamağa çalışdıq, lakin cavab ala bilmədik.

Şikayətçilər yenidən müvafiq qurumlara müraciət edəcəklərini bildirdilər. Sakinlərin yeganə istəyi aidiyyəti qurumların məsələyə müdaxiləsi, problemin həlli və tezliklə evlərinə köçmələridir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top