Mövsümün ilk “El-Klasiko”su bu tarixdə olacaq

İDMAN 24 sentyabr 2025, 22:12
2025/26 mövsümündə “Real” (Madrid) və “Barselona” arasındakı ilk “El-Klasiko”nun vaxtı məlum olub.

Demokrat.az xəbər verir ki, məlumatı La Liqanın mətbuat xidməti yayıb.

Bütün dünyada maraqla gözlənilən qarşılaşma oktyabrın 26-da keçiriləcək.

“Santyaqo Bernabeu” stadionunda baş tutacaq görüşə Bakı vaxtı ilə saat 19:15-də start veriləcək.

Hazırda “Real” 6 oyundan topladığı 18 xalla turnir cədvəlinə liderlik edir. “Barselona” isə 13 xalla ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, İspaniyanın son çempionu “Barselona” olub, “Real” isə ötən mövsümü ikinci pillədə başa vurub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top