
Sentyabrın 24-də Şamaxıda keçirilən Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalında növbəti təqdimat “Multidissplinar İncəsənət Festivalı” olub.
“Qafqazinfo” xəbər verir ki, Nəsiminin şeirləri və qəzəlləri musiqi və rəqs vasitəsilə təqdim olunub.
Qəzəlxan Arif Buzovnalı və gənc şairlərin çıxışları dinlənilib.
Tədbirdə incəsənət ustaları Nəsiminin sözlərini və fəlsəfi ideyalarını müasir ifadələrlə auditoriyaya çatdırıblar. Festival iştirakçıları həm vizual, həm də emosional olaraq Nəsimi irsi ilə daha yaxından tanış olublar.
Festival çərçivəsində həmçinin gildən hərfdüzəltmə, art terapiya, eko-çanta üzərində qrafika, xəttatlıq, meditasiya, bədən plastikası kimi ustad dərsləri keçirilib. Həmçinin “Çardaq” qrupunun ifası və poeziya fləşmobu olub.
Daha sonra türkiyəli yazar və musiqiçi Hakan Mengüç sufizm fəlsəfəsi haqqında çıxış edib.















