AST Telmanın qardaşı nəvəsi Bakıda HƏBS EDİLDİ

HADİSƏ 13 dek 2019, 17:48

Azərbaycan əsilli biznesmen Telman İsmayılovun qardaşı nəvəsi Bakıda həbs edilib. O, dələduzluqda və oğurluqda ittiham edilir.

 

Demokrat.az Musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1986-cı il təvəllüdlü Vüqar Babayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

 

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

 

İttihama görə, Vüqar Babayev külli miqdarda dələduzluq edib. O, tanışının 230 min dollarını ələ keçirib. Bundan başqa, Vüqar Babayev kirayədə yaşadığı mənzilin əşyalarını oğurlamaqda da ittiham edilib.

 

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 177-ci (oğurluq) maddələri ilə ittiham irəli sürülüb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top