“Məktəblərlə bağlı nəqliyyat məsələsini biz diqqətdə saxlamalıyıq, gələcəkdə bunu necə həll etmək olar, ciddi düşünməliyik. Məktəblər üçün avtobuslar ayrılmalı, bu və ya digər formada məsələnin həllini tapması üçün addımlar atılmalıdır”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, valideynlər özləri çalışmalıdılar ki, məktəb önündə sıxlıq yaratmasınlar:
“Hər halda valideynlər bir az uzaqda da avtomobili saxlaya bilərlər, məktəbin qarşısında tıxac yaranmaması üçün səylərini əsirgəməyə bilərlər. Amma təəssüf ki, az qala bəzi valideynlər istəyir avtomobillə məktəbin içinə girsin. Biz başa düşürük ki, onlar öz uşaqlarının təhlükəsizliyi üçün narahatdılar. Amma hazırda mərkəzi küçələrdə nə dərəcədə sıxlığın və gərginliyin yarandığının şahidiyik”.
Cavidan Mirzəzadə
Demokrat.az