“Vaşinqtonda imzalanan sənəd Azərbaycanın xarici siyasətinin nəticəsidir. Bu xarici siyasət daxili siyasətlə vəhdət təşkil edir və Azərbaycanın milli maraqlarına xidmət edir”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib.
O bildirib ki, bu siyasət 200 ildən bəri Azərbaycana qarşı olan ədalətsizliyə son qoydu:
“Azərbaycan öz haqqını dünyaya tanıtdı. Nəticədə təcavüzkar dövlət Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Bu gün dünənki təcavüzkar artıq siyasətini kənara qoyaraq Azərbaycanla anlaşma yoluna üstünlük verir. Əlbəttə, bir dövlət kimi yaşamaq istəyirsə, bu Ermənistan üçün yeganə çıxış yoludur. Azərbaycan isə əgər Ermənistan onunla səmimi və mehriban qonşuluq münasibətləri qurmaq istəyəcəksə, buna uyğun cavab verəcəkdir. Parlament öz növbədənkənar iclasında bu sənədə münasibət bildirdi. Azərbaycan xalqı bu gün öz suverenliyinin və müstəqilliyinin sahibidir. Nə qədər ki, ümummilli liderin müəyyən etdiyi siyasi kurs və Prezidentin siyasi liderliyi davam edir, uğurlarımız da davam edəcək”.
Leyla Turan
Demokrat.az