Bunun nəticələri heç də yaxşı olmayacaq — Deputat AFFA-dan DANIŞDI

GÜNDƏM 11 sentyabr 2025, 15:30
“Təsadüfi heç-heçələrə görə sevinməyinə dəyməz”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkli Fazil Mustafa deyib. AFFA-nın fəaliyyəti barədə danışan deputat qeyd edib ki, fəaliyyəti dəyərləndirmək üçün gərək konkret iş görülsün:

“Biz özümüz də futbolun içində olan adamlar kimi gözləyirdik ki, AFFA-da müəyyən dəyişikliyin olması klubların inkişafına kömək edəcək, infrastrukturun qurulmasına kömək edəcək. Əgər komandanın stadionu yoxdursa, uşaq futboluna diqqət və vəsait ayrılmırsa, bunun nəticələri heç də yaxşı olmayacaq. Bu istiqamətdə ciddi işlər görülməlidir ki, qısa müddətdə boşluqları doldurmaq olsun. Təbii ki, irəliləyiş ola bilməz, çünki illər itirilib, vəsait itirilib. Amma ən azından insanlar görməlidir ki, bu sahəyə diqqət var, nələrisə dəyişmək həvəsi var”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top