Lisey və gimnaziyaların sayı artırılacaq — Emin Əmrullayev

GÜNDƏM 11 sentyabr 2025, 11:40
"Lisey və gimnaziyaların sayı 15-dən 39-a çatdırılıb. Gələcəkdə lisey və gimnaziyaların sayının artırılması nəzərdə tutulub".

Demokrat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə deyib.

Nazirin sözlərinə görə, məqsəd ölkədə olan 39 lisey sayının 100-ə çatdırılmasıdır:

"İlkin mərhələdə bu təhsil müəssisələrinin məzun keyfiyyətini görürük. Bir neçə ildən sonra yaxşı kadrları görə biləcəyik".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 sentyabr 2025, 12:47
Top