Nazirdən valideyinlərdən pul yığılması xəbərinə REAKSİYA

GÜNDƏM 11 sentyabr 2025, 13:57
Məktəblərdə müəllimlər sinif otaqlarının təmirinə məcbur edilə bilməz. 

Demokrat.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, bu tələb qanunsuzdur, ancaq müəllim sinif otağını könüllü təmir etmək istədikdə mümkün ola bilər:

"Məcburiyyət olarsa, həmin müəllimlər nazirliyə rəsmi şikayət yazır. Nazirliyin əməkdaşı direktorla söhbət aparır. Direktor isə səhv anlaşılma iddiası ilə çıxış edir. Arada konflikt yaranır. Amma məsələ birmənalı olaraq qanunsuzdur".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top