“”Port Baku Residence” premium tipli yaşayış kompleksidir. Evlərin kvdrat metri təxminən 850–1600 manata düşür. Bu qiymət kvadrat metr üçün o qədər də baha hesab olunmur. Nəzərə alsaq ki, kompleksdə birbaşa dəniz mənzərəsi olan premium mənzillər də var, bu yaşayış kompleksi müxtəlif alıcı qrupları üçün nəzərdə tutulub".
Bunu Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.
O, bildirib ki, Bakı Ağ Şəhər layihəsində də bu tipli mənzillərə rast gəlinir:
"Hətta bu gün "Sea Breeze" layihəsində kvadrat metri 800–1000, hətta 1400 dollara qədər satış qiyməti olan mənzillər mövcuddur. Bunlar da xüsusi alıcılar üçün nəzərdə tutulub. Ona görə də kvadrat metri 800–1500 manata təmirsiz mənzillərin satışa çıxarılması qeyri-adi hal deyil".
Qeyd edək ki, Bakı şəhərinin mərkəzində, “Port Baku Residence” kompleksində sahəsi 1.050 kvadratmetr olan, 9 otaqlı təmirsiz mənzil 9 milyon manata satışa çıxarılıb.
Əfsanə Kamal
Demokrat.az