Toydan qayıdarkən qəzaya düşən şəxslərin SON DURUMU

HADİSƏ 11 sentyabr 2025, 12:51
Yevlaxda toydan qayıdan dörd nəfər avtomobil qəzasına düşüb.
 
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Demokrat.az-a verilən məlumata görə, 10.09.2025-ci il tarixində Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar saat 18 radələrində 4 nəfər (kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
 
Hazırda 3 nəfərin müalicəsi müvafiq şöbələrdə davam etdirilir. Onlardan bir nəfərin vəziyyəti ağır, iki nəfərin vəziyyəti stabil qiymətləndirilir.
 
Vəziyyəti qənaətbəxş qiymətləndirilən bir nəfər isə ambulator müalicə üçün evə buraxılıb".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top