Gəncədə asfalt çəkən texnika maşının üzərinə aşdı — FOTO

HADİSƏ 11 sentyabr 2025, 14:15
Gəncədə asvalt örtüyü döşəyən iri tonnajlı avtomobil "Opel" markalı avtomobilin üzərinə aşıb.

"Report"un məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai  prospektində qeydə alınıb.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və digərləri aidiyyatı üzrə cəlb olunub.

Məlumat üçün bildirək ki, həmin ərazidə yola asfalt örtüyü çəkilir. 

Faktla bağlı araşdırma başlanılıb.




 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top