Ağcabədidə ananın doğuş zamanı ölümünün TƏFƏRRÜATI — Körpənin son vəziyyəti AÇIQLANDI

SOSİAL 11 sentyabr 2025, 12:38

Ağcabədi rayonunda doğuş zamanı həyatını itirən ananın ölüm səbəbi məlum olub.

Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 10-u, saat 05:00-da 2005-ci il təvəllüdlü hamilə dəqiqləşdirilməmiş preeklampsiya diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Hamiləliyinin 37-ci həftəsində olan pasiyent 15 dəqiqə ərzində müvafiq müayinə olunduqdan sonra stabilləşdirilərək, təxirəsalınmaz əməliyyata alınıb və boyu 47 sm., çəkisi 2 200 qram olan körpə (kişi cinsli) dünyaya gəlib.

Əməliyyatdan sonrakı dövrdə, saat 06:30-da ananın ürək fəaliyyəti dayandığından müvafiq reanimasiya tədbirlərinə başlanılıb. Həkimlərin çoxsaylı səylərinə və göstərilən yardımlara baxmayaraq, saat 06:45-də bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Hadisə ilə əlaqəli Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Hazırda körpə tibb müəssisəsindədir və vəziyyəti stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir.

***

Ağcabədi rayonunda ana doğuş zamanı həyatını itirib.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, Avşar kənd sakini, 2005-ci il təvəllüdlü Şərqiyyə Qasımova doğuş zamanı dünyasını dəyişib. Körpəsi sağdır.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top