“Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin qiymətini açıqladı

SOSİAL 06 sentyabr 2025, 11:00
“Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundovun uzun müddətdir əksər məhkəmələrdə və müsahibələrində eyni köynəkdə görünməsi sosial şəbəkələrdə müzakirə olunub. İzləyicilərdən bəziləri köynəyin hətta 9 min dollar qiymətinin olduğunu iddia ediblər.

“Qafqazinfo”nun məlumatına görə, iş adamı sonuncu məhkəməsindən əvvəl bu barədə sualı da cavablandırıb.

“Şərurlu İsfəndiyar” əynindəki köynəyi 3 min 700 dollara aldığını açıqlayıb: “9-10 min dollar qiyməti var deyirlər. Boş söhbətdir. 3 min 700 dollara almışam. Rəngi və materialını bəyəndiyim üçün də tez-tez geyinirəm. Qolumdakı qızıl saata gəlincə, köhnədən qalandır. Elə bir qiyməti yoxdur”.

Qeyd edək ki, İ.Axundov son vaxtlar daha çox gündəmə gəlir. Bu yaxınlarda onun milyonlarla qiyməti olan avtomobilləri üzərinə həbs qoyulub, özü isə xüsusi ittiham qaydasında məhkum edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top