"Rusiya ilə münasibətlərimiz gərginləşdiyi üçün belə təkliflər edilir. Amma Azərbaycanın Ukraynaya sata biləcəyi silahlar da o qədər çox deyil. Fikrimcə, siyasi dəstəyimiz və humanitar yardımlar yetərlidir".
Bunu Demokrat.az-a açıqlamasında “Ağ Partiya” sədri Tural Abbaslı deyib. O bildirib ki, Azərbaycan bu münaqişədə tərəfsiz qalmalıdır:
"Biz Ukrayna-Rusiya müharibəsində tərəfsiz olmağın tərəfdarıyıq. Təbii ki, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, Rusiyanın işğalçılığını qınayırıq. Çünki özümüz də uzun müddət işğala məruz qalmış ölkəyik. Amma bu, o demək deyil ki, biz konfliktli tərəflərin birinin yanında olmalıyıq.
Bu məsələdə Azərbaycan ilk növbədə öz maraqlarını təmin etməlidir. Düşünmürəm ki, Azərbaycan indiki məqamda Ukraynaya silah satmalıdır. Siyasi mövqeyimizi bildirməklə kifayətlənmək, məncə, yetərlidir".
Cavidan Mirzəzadə
Demokrat.az