"1 şagirdin məktəb üçün hazırlığı 500 manata başa gəlir" — Ekspertdən AÇIQLAMA

GÜNDƏM 19 avqust 2025, 15:04
"Hər il avqust ayından etibarən valideynlər övladlarını məktəbə hazırlamaq üçün alış-verişə başlayırlar. Bu əsasən məktəbli çantaları, dəftərlər, albomlar, rəngli karandaşlar və məktəbli formalarının alınmasını əhatə edir".

Bunu Demokrat.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyib.

O, bildirib ki, Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 saylı qərarına əsasən, dövlət ümumtəhsil məktəblərində geyim formaları müəyyən olunub:

"Həmin qaydalara görə, Pedaqoji Şuranın qərarı ilə qəbul edilmiş məktəbli formaları ən azı üç il qüvvədə qalmalıdır. 2023-cü ildən tətbiq olunan bu qaydaya əsasən, 2025/2026-cı tədris ilində də əvvəlki formalar dəyişdirilmədən qalacaq".

Ekspertin sözlərinə görə, orta hesabla bir şagirdin məktəbli geyiminə 150–200 manat, ümumi məktəb hazırlığına isə təxminən 500 manata qədər vəsait tələb olunur:

"Bu məbləğ bir neçə uşağı məktəbə göndərən ailələr üçün ciddi yük yaradır. Ən çox xərc isə məktəbli forması ilə bağlıdır.
Bu baxımdan aztəminatlı ailələr üçün xüsusi endirimli mağazaların yaradılması vacibdir. Belə olduqda ailələr övladlarına daha sərfəli qiymətə məktəbli forması ala bilərlər".

Ekspert qeyd edib ki, valideynlərin alış-verişi sentyabrın əvvəlinə saxlaması sıxlıq və qiymət artımına səbəb olur:

"Buna görə də tövsiyə olunur ki, məktəb ləvazimatlarının alınması indidən həyata keçirilsin".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 avqust 2025, 16:35
Top