ChatGPT-yə verilən ən ABSURD SUALLAR — SİYAHI

MARAQLI 19 avqust 2025, 10:51
Gün ərzində “ChatGPT”-yə müxtəlif mövzularda suallar ünvanlanır, insanlar öz dərdlərini süni intellektə danışır. Artıq  bir çox insan özünə maraqlı sualın cavabını tapmaq üçün geniş araşdırmalar etmir. Əvəzində “ChatGPT”-yə sualı ünvanlayır. Süni intellekt isə ona qısa və aydın cavabı verir.

Bəs maraqlıdır ki, “ChatGPT”-yə ünvanlanan suallar arasında ən mənasız və absürd suallar nələr olub?

Bununla bağlı “ChatGPT”nin özünə sual ünvanladıq. O isə cavabında bildirdi ki, ona bu zamana qədər verilən absurd suallar arasında ilk növbədə “1 kq pambıqla 1 kq dəmirin hansı daha ağırdır?” sualı gəlir.

“ChatGPT” deyir ki, bu sual ona tez-tez verilir.

Verilən digər absurd suallar isə bunlardır:

- “Qarpızın içini boşaltsam, qabığında başqa meyvə yetişə bilərmi?”

- “Kompüter yorulanda yatmağa gedirmi?”

- “Dinozavrlar Wi-Fİ istifadə edirdi?”

- “Sən öz-özünə sual verib, cavab verirsən?”

- “İnəklər də “Coca-Cola” içsə, südün dadı dəyişər?”

Qeyd edəki ki  “ChatGPT” və oxşar modellər cavab verdikləri hər 20-50 sual üçün təxminən yarım litr su sərf edirlər. Yəni yuxarıda qeyd edilən suallara görə də su israf edilib. (Bizim.media)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top