Ətin qiymətinin bahalaşması ilə bağlı AÇIQLAMA

SOSİAL 13 avqust 2025, 17:41
“Azərbaycanın ət bazarında idxalın payı əhəmiyyətli dərəcədədir. Xüsusilə diri heyvan idxalı sahəsində Qazaxıstan və Qırğızıstan əsas tərəfdaşlardan idi. Bu ölkələrin ixracı dayandırması bazarda təklifin azalmasına səbəb olacaq. Nəticədə, təklifin azalması fonunda qiymətlərin artması qaçılmazdır”.

Bunu iqtisadçı Azər Bayramlı Demokrat.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanda ət istehsalı daxili tələbatı tam ödəmədiyi üçün idxaldan asılılıq mövcuddur:

“Hazırda yerli istehsal heyvandarlıqda yem xərclərinin artması, iqlim şəraiti və xəstəliklər kimi səbəblərə görə çətinlik yaşayır. 

Eyni zamanda, yemin bahalaşması və daşınma xərclərinin yüksəlməsi də istehsalçıların maya dəyərini artırır. Bu da satış qiymətlərinə təsir edir. İdxal məhdudiyyətləri davam edərsə, xüsusilə mal əti və qoyun əti seqmentində bahalaşma daha kəskin olacaq. 

Əgər alternativ idxal mənbələri tapılmasa və ya daxili istehsal artırılmasa, bazarda ət qiymətləri qısa müddətdə 10-15% bahalaşa bilər. Ət bazarında sabitliyi qorumaq üçün hökumət idxal mənbələrini diversifikasiya etməli və yerli istehsalın dəstəklənməsi üçün subsidiya və güzəştli kredit mexanizmlərini genişləndirməlidir”. 


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 avqust 2025, 19:20
Top