Rusiyanın Çelyabinsk şəhərində marşrut avtobusu dayanacağa çırpılıb. Oradakı adamların bir qismi kənara qaçmağa imkan tapsa da, bir kişi təkərlərin altında qalıb.
Demokrat.az xəbər verir ki, bu barədə Life.ru xəbər verir.
İlkin ehtimallara görə, 1964-cü il təvəllüdlü sürücü mikroavtobusda idarəetməni itirib.
Qəza zamanı ağır xəsarət alan kişi xəstəxanaya yerləşdirildikdən sonra komaya düşüb. Həkimlər onun beyin silkələnməsi keçirdiyini deyirlər.