Kamçatkada yenidən güclü ZƏLZƏLƏ

DÜNYA 05 avqust 2025, 08:41
Kamçatka sahillərində 6 bal gücündə zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Məlumata görə, zəlzələ rayon mərkəzindən 234 km aralıda, 64,8 km dərinlikdə baş verib.

Xatırladaq ki, avqustun 4-də Kamçatkada 5,7 bal gücündə yeraltı təkan qeydə alınmışdı.

Zəlzələlər fonunda Kraşeninnikov vulkanı püskürmüş, sakinlər üçün avqustun 10-a qədər fəaliyyət göstərməsi planlaşdırılan müvəqqəti yerləşdirmə məntəqələri yaradılmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 avqust 2025, 10:48
05 avqust 2025, 10:40
Top