“Qarabağ” Çempionlar Liqasının 3-cü mərhələsində! — YENİLƏNİB

İDMAN 30 iyul 2025, 21:54
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”a (İrlandiya) qalib gələn “Qarabağ” növbəti raunda adlayıb.

Demokrat.az
xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.

Yeganə qol 44-cü dəqiqəyə təsadüf edib. Qonaqların heyətində Con Martin avtoqol müəllifi olub. 68-ci dəqiqədə meydan sahiblərinin heyətində Kadi Borges əllə oyuna görə təyin edilən penaltini qola çevirə bilməyib.

Qeyd edək ki, Dublində baş tutan ilk oyunda “köhlən atlar” 3:0 hesablı qələbəyə sevinmişdi.

Beləliklə, iki görüşün nəticəsinə əsasən “Şelburn”u mübarizədən kənarlaşdıran “Qarabağ” adını III təsnifat mərhələsinə yazdırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv pley-off mərhələsinə gedən yolda “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək

***
21:25

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) oyununda ev sahiblərinin futbolçusu penalti zərbəsini qaçırıb.

Demokrat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda davam edən matçda əllə oyuna görə təyin olunan penaltini 68-ci dəqiqədə Kadi Borges qola çevirə bilməyib.

Bu epizodda rəqib qapıçı etibarlı oynayıb.

Qeyd edək ki, qarşılaşmada Ağdam təmsilçisi 1:0 hesabı ilə üstündür.

***

21:05

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) matçında ikinci hissə başlayıb.

Demokrat.az 
xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda davam edən matçda ev sahibləri 1:0 hesabı ilə öndədirlər.

Qonaqların heyətində 44-cü dəqiqədə Con Martin avtoqol müəllifi olub.

 ***
20:46

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) matçında birinci hissə başa çatıb.

Demokrat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri fasiləyə üstün yollanıblar - 1:0.

Qonaqların heyətində 44-cü dəqiqədə Ceyms Norris avtoqol müəllifi olub.

 ***
20:45

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) matçında hesab açılıb.

Demokrat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri hesabda irəli çıxıblar.

Qonaqların heyətində 44-cü dəqiqədə Ceyms Norris avtoqol müəllifi olub.

 
***
20:00

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) matçı start götürüb.

Demokrat.az xəbər verir ki, qarşılaşma Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Görüşü italiyalı referi Andre Kolombo idarə edir. Tərəflər arasında ilk görüşdə Ağdma təmsilçisi 3:0 hesablı qələbə qazanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top