“Qarabağ” cavab matçına çıxır

İDMAN 30 iyul 2025, 09:15
Bu gün “Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelburn”la (İrlandiya) cavab oyununa çıxacaq.

Demokrat.az xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq. 

Matçı İtaliyadan olan hakimlər briqadası idarə edəcək.

Bu komandalar arasında ilk oyunda Qurban Qurbanovun komandası 3:0 hesablı qələbə qazanıb. 

Çempionlar Liqası

2-ci təsnifat mərhələsi, cavab oyunları
30 iyul

20:00. “Qarabağ” (Azərbaycan) - “Şelburn” (İrlandiya)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top