Zaqatalada məmurun evi KÜLƏ DÖNDÜ

HADİSƏ 29 iyul 2025, 09:05
Zaqatala rayonunun Bəhmətli kəndində fərdi yaşayış evində yanğın olub.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, rayonun Bəhmətli kəndində Oruc Dursunəli oğlu Qaraxanova məxsus ümumi sahəsi 180 kvadratmetr olan kürsülü, birmərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evində yanğın olub.

Yanğın nəticəsində evin 140 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ev sahibi Oruc Qaraxanov Zaqatala Rayon İcra Hakimiyyəti başçının Zaqatala şəhər üzrə nümayəndəsidir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Zaqatala rayonunun Bəhmətli kəndində ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin 2 otağının və dəhlizinin yanar konstruksiyaları 140 kvadratmetr sahədə yanıb.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 iyul 2025, 18:22
Top