“4 uşaq doğmuşam, mənə bax, bir də ona!” — Rəqsanədən Ayselə açıq mesaj (VİDEO)

ŞOU-BİZNES 25 iyul 2025, 15:50

Müğənni Rəqsanə İsmayılova “Dream Feast” layihəsində iştirak edən həmkarları Nigar Camal və Aysel Teymurzadəni tənqid edib.

Sənətçi bu barədə sosial mediada açdığı canlı yayım zamanı danışıb. O, hər iki ifaçının proqramdakı görünüşünü və çıxışlarını bəyənmədiyini bildirib:

“Nigar Camal cavan qızdır. Budları nə boydadır. Nigarı çox istəyirəm, amma bəyənmədim. Xoşuma gəlmədi”.

Rəqsanə Aysel Teymurzadə ilə bağlı da sərt fikirlər səsləndirib:

“Aysel artıq arvadlaşıb. Mən də 4 uşaq doğmuşam. Mənə bax, bir də ona bax. Aysel əvvəllər ətli-canlı idi, amma doğuşdan sonra özünü daha da "buraxıb". Bacı, nahaq çıxıb, özünü biabır etdin”.

Müğənninin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hamı Rəqsanəni fikirlərinə görə tənqid atəşinə tutub. (Yenisabah.az)

 


 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top